Bərdədə 17 yaşlı qızı qaçıran 4 nəfər saxlanıldı

   Bərdədə 17 yaşlı    qızı qaçıran 4 nəfər    saxlanıldı
  10 İyun 2022    Oxunub:1464
İyun ayının 9-da axşam radələrində rayonun Darğalar kəndində yaşayan 2005-ci il təvəllüdlü yeniyetmə qızın öz istəyinə zidd olaraq evlənmək məqsədilə qaçırılması barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Saxlanılan O.Əzizov, R.Əzizov, E.Ələkbərov və İ.Əzizova barəsində Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti