Rusiya Ümumdünya Turizm Təşkilatından çıxdı

   Rusiya Ümumdünya Turizm Təşkilatından çıxdı
  10 İyun 2022    Oxunub:937
Rusiya Federasiyası Hökuməti Xarici İşlər Nazirliyinin ölkənin Ümumdünya Turizm Təşkilatından çıxması ilə bağlı təklifini qəbul edib. Müvafiq sərəncam cümə günü hüquqi informasiyanın rəsmi internet portalında dərc edilib.
Aprelin 27-də Rusiya fəaliyyətini siyasiləşdirdiyinə görə Ümumdünya Turizm Təşkilatından (ÜTT) çıxmaq niyyətini açıqlayıb.

Elə həmin gün ÜTT Baş Assambleyası növbədənkənar iclası zamanı Ukraynada davam edən hərbi hücumla əlaqədar Rusiyanın üzvlüyünün dayandırılması barədə qərar qəbul edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti