|
| “RİA Novosti” Artak Beqlaryanın müsahibəsini sildi - FOTO |
- Gözlənildiyi kimi Rusiya Xarici İşlər Nazirliyi Lavrovun Fərrux kəndi də delimitasiya məsələlərində razılaşdırılacaq bəyanatını redaktə etdi. Bundan öncə isə məlum oldu ki, RİA Novosti Artak Beqlaryanın (Qarabağ ermənilərinin qondarma təmsilçisi-red.) müsahibəsini silib. Belə görüntü yarandı ki, sən demə əslində nə Lavrov belə bir planın olduğunu deməyibmiş, nə də Artak Beqlaryan müsahibə veribmiş. Yəni nə Fərrux, nə də Artak Beqlaryan ümumiyyətlə ümumiyyətlə olmayıblar.
Eyni şəkildə Ermənistan da tezliklə yazı kimi "silinəcək". Bir gün ayılacaqsınız ki, coğrafi xəritədə daha Ermənistan yoxdur. Plana uyğun olaraq Lavrov və RİA Novosti belə bir dövlətin ümumiyyətlə olmadığını bəyan edəcəklər. Hərçənd sual yaranır ki, onlar bundan niyə də narahat olub, nə isə elan etməlidirlər axı? Xəritədən silinəcəyik, vəssəlam! Bir sözlə, hazır olun, - Hekimyan sarkazmla danışıb.
Qeyd edək ki, bir neçə gün öncə “RİA Novosti” özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən separatçı Artak Beqlaryanın müsahibəsini dərc edib. Agentliyin təxribatçı addımı Azərbaycanda haqlı olaraq etiraz doğurdu. Agentlik daha sonra Beqlaryanın müsahibəsini saytından silib.
Rusiya XİN başçısı isə ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə brifinqdə Fərrux kəndi ilə bağlı sualı cavablandırarkən bu məsələnin delimitasiya prosesi çərçivəsində həll edilməli olduğunu iddia etmişdi. Azərbaycan XİN bu məsələyə etirzını bildirdi. Bəyanatda "Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur" deyildi. Bundan sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında Lavrovun İrəvanda Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə düzəliş edildi.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


