Rusiya Ümumdünya Turizm Təşkilatından çıxır

Rusiya Ümumdünya Turizm Təşkilatından çıxır
  11 İyun 2022    Oxunub:1201
Rusiya hökuməti Xarici İşlər Nazirliyinin Ümumdünya Turizm Təşkilatından çıxmaq təklifini qəbul etməyi məqbul sayıb. AzVision.az xəbər verir ki, bununla bağlı müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Sənəddə deyilir: “Rusiya Xarici İşlər Nazirliyinin Rusiya Federasiyasının Ümumdünya Turizm Təşkilatından çıxması ilə bağlı federal icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təklifini qəbul edin”.
Qeyd edək ki, bundan əvvəl “Rosturizm”in rəhbəri Zarina Doquzova qurumdan çıxmaqla bağlı vəziyyətin təəssüf doğurduğunu, lakin “Rusiya dialoqa açıqdır və xarici həmkarları ilə əlaqə saxlayır” demişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti