Donetskdə it xarabaya dönən evdə sahibini gözləyir - FOTO+VİDEO

   Donetskdə it xarabaya dönən evdə sahibini gözləyir -    FOTO+VİDEO
  11 İyun 2022    Oxunub:1339
Rusiya ordusunun Donetsk vilayətinin Konstantinovka ərazisinə atdığı raket evlərdən birini tamamilə dağıdıb. Ukrayna mediası isə yaşanan bu müharbə dəhşətindən sonra diqqət çəkən bir hadisədən yazıb.
Ukraynada adi dronu "ölüm maşınına" belə çevirirlər - VİDEO
Qeyd edilir ki, dağıdılmış evin xarabalıqları üzərində Baddi adlı it hələ də sahibini gözləyir. Baxmayaraq ki, evdən əsər əlamət qalmayıb, o ərazini tərk etmık istəmir.

Ukrayna Milli Polisi da hadisə yerindən video paylaşıb.

Rəsmi məlumatda bildirilir ki, cümə axşamı, iyunun 9-u axşam saat 20:00 radələrində Konstantinovkada yaşayıs sahəsi vurulub. Zərbə zamanı ev yiyələri mənzildə olmayıblar, itə isə heç nə olmayıb. Amma Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dağıntılar altından bir nəfərin meyitini çıxarıb. Qeyd edilir ki, itki daha çox ola bilərdi. Çünki həmin evdə yaşayan şəxslər partlayış vaxtı başqa yerdə olublar.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   İt  



Xəbər lenti