Paşinyana qarşı təxribata cəhd olub - VİDEO

   Paşinyana qarşı təxribata cəhd olub -    VİDEO
  11 İyun 2022    Oxunub:2072
Ermənistanın baş nazir Nikol Paşinyana qarşı növbəti dəfə təxribata cəhd olub. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Paşinyanın kortejinə qarşı təxribat - VİDEO
Qeyd edilir ki, Ararat bölgəsinə işgüzar səfər edən baş nazirin kortejinin keçdiyi yollardan birində vətəndaşlar aksiyaya cəhd ediblər.

"Araratlılar onun yolunu kəsməyə çalışıblar. Etirazçıların çoxu polis tərəfindən saxlanılaraq bölmələrə aparılıb. Hələlik insidenti törədənlərin hansı səbəbdən saxlanıldığı açıqlanmır. İddia olunur ki, onlar təxribata cəhd ediblər. Yayılan kadrlarda isə polis formasında olan şəxslərlə yanaşı mülki geyimdə olan hüquq-mühafizə orqanları əməkdaşlarının da əməliyyata cəlb olunması aşkar görünür", - saytlar insidentlə bağlı yazıb.

Qeyd edək ki, bundan öncə də Nikol Paşinyanın kortejinə qarşı bir neçə dəfə təxribata cəhd olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan   Kortej   Təxribat  



Xəbər lenti