Castin Biberin üzü iflic olub - VİDEO

   Castin Biberin üzü iflic olub -  VİDEO
  11 İyun 2022    Oxunub:2956
Məşhur müğənni Castin Biberin üzünün bir hissəsi iflic olub. Sənətçiyə "Ramsey Hunt" sindromu diaqnozu qoyulub.
AzVision.az xəbər verir ki, bu barədə ifaçının özü sosial şəbəkədə məlumat yayıb.

Müğənni videomüraciətində dünya turnesinin bir sıra konsertlərini ləğv etmək məcburiyyətində qaldığını bildirib.

- Siz yəqin üzümdən aşkar şəkildə görürsünüz ki, mənim səhhətimdə nə isə qaydasında deyil. Məndə "Ramsey Hunt" sindromu var. Virus qulağımdakı və üz sinirlərimdəki sinirə təsir edib. Bu da üzün iflicinə səbəb olur, - Biber deyib.

Müğənni hazırda xüsusi məşqlər edir. Biber etiraf edib ki, sağalma prosesinin nə qədər davam edəcəyini bilmir.

Qeyd edək ki, Kanadalı pop müğınnisi Castin Biberin 28 yaşı var. O, 2009-cu ildə YouTube-da "One Time" adlı bəstəsi ilə çəkilən videodan sonra məşhurlaşıb. Elə həmin il müğənninin "Mənim dünyam" adlı ilk mini albomu işıq üzü görüb. 2010-cu ildə isə "American Music Awards"ın "İlin sənətçisi" və "Grammy" mükafatlarına layiq görülüb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İflic   Müğənni  





Xəbər lenti