Sabah 25 dərəcə isti olacaq

Sabah 25 dərəcə isti olacaq
  05 Aprel 2013    Oxunub:1330
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a məlumata görə Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-10, gündüz 16-21, bəzi yerlərdə 25 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə aprelin 6-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam ayrı-ayrı cənub rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 20-25, bəzi yerlərdə 27, dağlarda gecə 3-8, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcəyədək isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti