Paşinyanla görüşə gələn qadını bölməyə apardılar

Paşinyanla görüşə gələn qadını bölməyə apardılar
  11 İyun 2022    Oxunub:2860
Ermənistanda tragikomik hadisə baş verib. AzVision.az xəbər verir ki, yerli saytlar bu gün Ararat bölgəsinə gələn baş nazir Nikol Paşinyanla görüşmək istəyən bir qadının gözlənilmədən saxlanılaraq bölməyə aparıldığını yazıb.
Paşinyan: "Bu adama kran işi tapın" - VİDEO
"Ararat sakini Qayane Hovannisyan bununla bağlı "Facebook"da paylaşım edib. O, polis maşınında canlı yayım açaraq Ararat meydanında Paşinyanı gözlədiyi üçün saxlanıldığını deyib. Qadın qeyd edib ki, “Mənim sadəcə baş nazirə şəxsi sualım var idi. Onlar heç bir səbəb olmadan mənim saxlanıldığımıı dedilər”. Görünür Nikol Paşinyanın Ararat bölgəsinə işgüzar səfəri maksimum təhlükəsizlik tədbirləri ilə həyata keçirirlir", - saytlar yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Ermənistan  



Xəbər lenti