İtaliyada helikopter qəzaya uğrayıb, 7 nəfər ölüb
Hadisə Apennin dağlarında, Toskana və Emiliya-Romanya sərhədində qeydə alınıb.
Qeyd edilir ki, Luka şəhərinin Kapannori Tassiqnano hava limanından havaya qalxan “Aqusta Koala "AW119" tipli helikopter səhər saatlarında radarlardan itib. Onun axtarışları Toskana və Emiliya-Romanya bölgələrinin sərhəd hissəsində aparılıb.
Məlumata görə, helikopterdə 6 əcnəbi və 1 yerli pilot olub, əcnəbilərdən 4-ü Türkiyə, 2-si Livan vətəndaşlarıdır.
AzVision.az
Teqlər: İtaliya Qəza Helikopter







Vaxtında, Aydın, Lazımlı!


