Göyərtəsində 16 min qoyunun olduğu gəmi batıb

Göyərtəsində 16 min qoyunun olduğu gəmi batıb
  12 İyun 2022    Oxunub:2051
Sudanın Qırmızı dəniz sahillərində göyərtəsində təxminən 16 min qoyunun olduğu gəmi batıb. Bu barədə Sky News Arabia xəbər verir.
Hadisəyə səbəb kimi həddindən artıq yük olduğu qeyd edilir. "Bədr-1" gəmisi əvvəlcə 9 min baş, modifikasiyadan sonra 12 min baş üçün nəzərdə tutulubmuş və fövqəladə vəziyyət zamanı göyərtədə 15 800 qoyun olub.

Yük Qurban bayramı öncəsi Səudiyyə Ərəbistanına daşınmaq üçün nəzərdə tutulub. Suakin limanının səlahiyyətliləri Qırmızı dəniz üçün böyük ekoloji təhlükə ola biləcəyini bildirir.

Bundan əvvəl dalğıclar qrupu 1918-ci ildə batmış Kral Hərbi Dəniz Qüvvələrinin yük gəmisi SS Libourne-ə dalış zamanı 10 000 şüşə içki aşkar etmişdilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti