"Ukraynanı eşitsəydilər, bu həyatları xilas etmək olardı" - Zelenski

   "Ukraynanı eşitsəydilər, bu həyatları xilas etmək olardı" -    Zelenski
  13 İyun 2022    Oxunub:1643
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukraynaya təcili müasir raketdən müdafiə sistemləri lazımdır. Bunu dövlət başçısı ukraynalılara axşam müraciətində deyib.
“Bu gün genişmiqyaslı müharibənin 109-cu günüdür. Ukraynaya müasir raketdən müdafiə sistemi lazımdır. Belə sistemlərin tədarükləri bu il də, keçən il də, düzünü desəm, daha əvvəl də mümkün olub”, - Zelenski vurğulayıb.

"Onları aldıqmı? Xeyr! Onlar bizə lazımdırmı? Bəli! Fevralın 24-dən etibarən Ukrayna şəhərlərini, şəhərlərimizi və kəndlərimizi vuran Rusiyanın müxtəlif qanadlı raketləri şəklində bu suala artıq 2606 təsdiqedici cavab verilib.

Bu həyatları xilas etmək olardı. Bunlar faciələrdir ki, Ukrayna dinlənilsəydi, onların qarşısını almaq olardı”, - prezident vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti