|
| "Pekin və ABŞ hərbi münaqişələrdən qaçmalıdır" - Çinli nazir |
- Buna baxmayaraq, təhlükəsizlik sahəsində Çin Mərkəzi Asiya ölkələrinin təminatçısı rolunda çıxış etmir. Mərkəzi Asiya ölkələrinin hər birinin fərqli təhlükəsizlik problemləri var. Misal üçün Qazaxıstanda yanvar ayında çaxnaşmalar baş verəndə Pekin müdaxilə etmədi. Halbuki, Rusiya Qazaxıstana Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının hərbçilərini göndərmişdi, - ekspert deyib.
Politoloq deyir ki, Rusiya Mərkəzi Asiya ölkələrinə Çin qədər yatırım qoymayıb. Çin bu sahədə liderdir. Belə çıxır ki, Rusiya Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyinə cavabdeh olarkən, Çinin bu ölkələrdəki investisiyalarını da qorumuş olur.
- Bu Çinin işinə yarayır. Pekin Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyinə maliyyə xərcləmədən Rusiyanın hesabına bölgədəki yatırımlarını qorumuş olur. Digər tərəfdən Mərkəzi Asiya ölkələrinin vətəndaşları işləmək üçün Çinə deyil, Rusiyaya üz tuturlar. Çinin özünün işçi qüvvəsinin ixracına ehtiyacı var.
Çin Mərkəzi Asiya ölkələrinin nəqliyyat imkanlarından istifadə edərək Avropaya mal ixrac edir. Əvvəlki Rusiya yolu Ukrayna müharibəsinə görə Çin üçün o qədər də əlverişli deyil. Avropanın Rusiyaya qarşı sərt sanskiyaları Rusiyanın tranzit ölkə statusuni zəiflədib. Rusiya və Çin stateji tərəfdaş sayılsalar da, Mərkəzi Asiyadakı maraqlarında fərqli çalarlar var. Mərkəzi Asiya ölkələri iqtisadi zəmində Çindən asılı vəziyyətə düşdükcə, bu Rusiyanın regional maraqları ilə üst-üstə düşmür,- Elxan Şahinoğlu qeyd edib.
Politoloq onu da vurğulayıb ki, Çinin uyğurlara qarşı zorakı siyasəti də Mərkəzi Asiya ölkələrinin türk dövlətlərində narazılıqla qarşılanır. Doğrudur, türk dövlətləri Pekinlə münasibətləri gərginləşdirməmək üçün bunu açıq səsləndirmirlər, ancaq türklər olan uyğurlara qarşı zülm Mərkəzi Asiya ölkələrinin cəmiyyətlərində neqativ qarşılanır. Buna rəğmən, Pekinin uyğur siyasəti müsbətə doğru dəyişmir. Çinin Mərkəzi Asiyadakı layihələrində çinli işçi sayını artırması da bölgə ölkələrinin cəmiyyətlərinin xoşuna gəlmir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


