Ordumuzun snayperlərinin təlimi başlayıb - VİDEO

   Ordumuzun snayperlərinin təlimi başlayıb -    VİDEO
  13 İyun 2022    Oxunub:1564
2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda snayperlərin peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilir.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim zamanı snayperlər gecə və gündüz vaxtı atəş mövqeyinin seçilməsi, fərdi və qrup şəklində müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi, eləcə də digər mövzular üzrə qarşıya qoyulan tapşırıqları icra edirlər.


AzVision.az



Teqlər: Snayper  



Xəbər lenti