Bu il 1500 şəhid ailəsi və müharibə əlilinə ev veriləcək
O bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı keçən il 5 dəfə genişlənib və həmin dövrdə 3 000 mənzilin bu kateqoriyalardan olan şəxslərə verilməsi proqramı icra olunub.
Sədrin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən dövrdə ümumilikdə 12 500-dən çox şəhid ailəsi və müharibə əlilinə mənzil və ya fərdi ev verib: "Dövlət başçısının 25 avqust 2021-ci il tarixli sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir.
Bu il artıq sosial cəhətdən həssas qruplardan olan ailələrə 500-dən çox mənzil verilib. Bu il ərzində ümumilikdə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


