Ermənilərin basdırdığı daha 107 mina tapıldı

Ermənilərin basdırdığı daha 107 mina tapıldı
  13 İyun 2022    Oxunub:1569
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan AzVision.az -a verilən məlumata görə, iyunun 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 11 mina və 685 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 544 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AzVision.az




Teqlər:



Xəbər lenti