Kiyevdə eks-müdafiə nazirinə məxsus 22 milyonluq əmlaka həbs qoyulub

   Kiyevdə eks-müdafiə nazirinə məxsus    22 milyonluq əmlaka həbs qoyulub
  13 İyun 2022    Oxunub:1233
Ukrayna Baş Prokurorluğu keçmiş müdafiə nazirinin ailəsinə məxsus müəssisələrin əmlakına həbs qoyulduğunu açıqlayıb. O, keçmiş prezident Viktor Yanukoviçin dövründə nazir işləyibmiş.
“Dövlətə xəyanətdə təqsirli bilinərək axtarışa verilmiş eks-məmurun ailəsinin müəssisələrinə məxsus təxminən 650 milyon qriven (22 milyon dollar) dəyərində 645 dəmir yolu vaqonuna həbs qoyulub”, - Baş Prokurorluğun Telegram-kanalında məlumat verilib.

Həmçinin 22 sahibkarlıq subyektinin 30 torpaq sahəsi, 30 daşınmaz əmlak obyekti və korporativ hüquqlarına həbs qoyulub.

Baş Prokurorluğun məlumatında 2012-2014-cü illərdə “son benefisiar sahibi Ukraynanın keçmiş müdafiə nazirinin ailəsidir” deyilir. Keçmiş nazirin adı yazılmır. O zaman bu vəzifəni Pavel Lebedev tuturdu.

Tural Tağıyev
AzVision.az



Teqlər: Nazir   Əmlak  



Xəbər lenti