Abdulla Şahid Azərbaycan prezidentinə təşəkkür edib

   Abdulla Şahid Azərbaycan prezidentinə təşəkkür edib
  13 İyun 2022    Oxunub:1813
BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının sədri Abdulla Şahid Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
AzVision.az xəbər verir ki, o, təşəkkürünü iyunun 13-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə çatdırıb.

A.Şahid Azərbaycanın BMT-nin ən fəal üzv ölkələrindən biri olduğunu qeyd edib və BMT üzvlüyünün 30 illiyi münasibətilə təbriklərini səsləndirib. BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla icrasını təqdir edib. O, çoxtərəflilik üzrə liderliyinə görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü ifadə edib.

A.Şahid Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib. O, Azərbaycanda, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində milli səviyyədə görülən işləri təqdir edib.

AzVision.az


Teqlər:



Xəbər lenti