Cübbələr, çar dövrünün samovarı və 10 min avroluq balıqqulağı - Vəkil bürosunda gördüklərimiz + VİDEO

  Cübbələr, çar dövrünün samovarı və 10 min avroluq balıqqulağı - Vəkil bürosunda gördüklərimiz +    VİDEO
  13 İyun 2022    Oxunub:3414
Azərbaycanlı vəkil Kamandar Nəsibov qeyri -adi hobbisi ilə maraqlara səbəb olub. O, dünyanın 80 ölkəsinin hakim, prokuror və vəkil cübbələrini toplayıb. Amerikadan Asiyaya, Afrikadan Avropaya qədər bütün qitələrdən gətirtdiyi mantiyaları müzeyə döndərdiyi bürosunda sərgiləyir.
40 il hüquq sahəsində, 30 il vəkil kimi çalışan müsahibimiz mantiya toplamağa 2019-cu ildən başlayıb. Həmsöhbətimizin məqsədi dünyanın bütün ölkələrindən hüquqçu mantiyalarını toplamaqdır. Onun muzeyindəki cübbələrin ən bahalısı 3000 avrodur.

K. Nəsibovun klassik samovarlara və telefonlara da böyük marağı var. Onun ofisindəki otaqların hər birində mütləq bu əşyalara rast gəlinir. Dediyinə görə, Rusiyada çar dövründə istehsal olunan bu samovarların ən bahalısına 2000 manat pul xərcləyib.

Ancaq onun kolleksiyaçılığı bununla bitmir. Ofisin böyük otaqlarından birini balıqqulağı muzeyinə çevirib. Dünyanın müxtəlif ölkələrindən balıqqulağılar alaraq burada muzey yaradıb. Muzeydə qiyməti 10 avro olan balıqulağına da rast gəlmək olar.

Daha ətraflı videodan izləyə bilərsiniz:















Şahanə Rəhimli
VİDEO:Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov

AzVision.az



Teqlər:





Xəbər lenti