"Putin və Lukaşenko yaxın zamanda görüşəcək" - Səfir

   "Putin və Lukaşenko yaxın zamanda görüşəcək" -    Səfir
  13 İyun 2022    Oxunub:1699
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun yaxın vaxtlarda yeni görüşü keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın Minskdəki səfiri Boris Qrızlov deyib.

"Təkcə bu ilin əvvəlindən prezidentlərimizin beş görüşü baş tutub. Yaxın vaxtlarda daha bir görüş planlaşdırılır".

Qeyd edək ki, V.Putin və A.Lukaşenko sonuncu dəfə mayın 23-də Soçidə danışıqlar aparıblar. Onların görüşünün rəsmi hissəsi beş saata yaxın davam edib, bundan sonra iki lider qeyri-rəsmi şəraitdə ünsiyyətə davam ediblər.

AzVision.az


Teqlər:



Xəbər lenti