"Ukraynaya raketdən müdafiə sistemi verəcəyik" - Şolz

   "Ukraynaya raketdən müdafiə sistemi verəcəyik" -    Şolz
  14 İyun 2022    Oxunub:1195
Almaniya Ukraynaya hərbi yardımını genişləndirəcək və bu ölkənin Silahlı Qüvvələrini əlavə silahlarla təmin edəcək. Müasir hava hücumundan müdafiə sistemləri və artilleriya əleyhinə radarların tədarükü planlaşdırılır.
AzVision.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz Slovakiyanın baş naziri ilə görüşdən sonra deyib.

Qeyd edək ki, bundan öncə mətbuatda Almaniya kansleri Olaf Şolzun Ukraynada müharibə başlayandan bəri Kiyevə ilk səfərini planlaşdırdığı barədə məlumatlar yayılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Almaniya   Ukrayna  



Xəbər lenti