"Moskva "Tavridiya əyaləti" yaratmağa hazırlaşır" - Polşalı politoloq
"Hələlik belə görünür ki, onların psevdoreferendumun təşkili və keçirilməsi üçün böyük problemləri var. Onlar Donetsk və Luqansk vilayətlərinin bütün ərazisi üzərində tam şəkildə nəzarəti ələ keçirə bilmirlər. Buna baxmayaraq, hələ də onlara öz vətəndaşlarını ən azı hansısa bir uğurla "doyurmaq" gərəkir", - eksspert deyib.
Onun dəyərləndirməsinə görə, “referendum” variantı ruslar arasında birmənalı qarşılana bilməz, proses dalana dirənib. Rusiya Federasiyası başa düşür ki, indiki halda referendumun keçirilməsi kütləvi etirazlar şəklində problemlər yaradacaq.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


