"Builki tədrisi müsbət qiymətləndirirəm" - Emin Əmrullayev

   "Builki tədrisi  müsbət qiymətləndirirəm" -    Emin Əmrullayev
  14 İyun 2022    Oxunub:2132
"2021-2022-ci tədris ili pandemiya müddətində və iki illik fasilədən sonra arası kəsilmədən davamlı olan tədris ili oldu".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev builki tədris ilinin qiymətləndirərkən deyib:

"Baxmayaraq ki, ikinci yarım ilədək yoluxma sayları yüksək idi. Hesab edirəm ki, təhsil sisteminin davamlılığını təmin etmək bu ilin ən böyük uğuru sayıla bilər. Bu illər ərzində müəllimlər böyük fədakarlıq göstərərək tədrisin davamlılığını təmin etməyə dəstək oldular. Hər bir tədris ilinin özünəməxsus yenilikləri və hadisələri olur. Ümumilikdə bu tədris ilinin bitməsi, pandemiyadan sonrakı davamlı tədris ilini qurmağımızı müsbət qiymətləndirirəm",- E.Əmrullayev əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti