"Bu gün biraz gərgin gündür"

   "Bu gün biraz gərgin gündür"
  14 İyun 2022    Oxunub:2166
"Təhsil Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə "Son zəng" tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi ilə bağlı həm məktəb rəhbərliyinə, həm valideynlərə müvafiq göstəriş və tövsiyələr verib".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bu gün müəyyən mənada biraz gərgin gündür: "Yeniyetmələr məktəbi bitirir. İstərdim ki, həm valideynlər, həm məktəb rəhbərliyi bu işə ciddi nəzarət etsin. Xüsusilə də məktəblilər tərəfindən bu cür gözəl şənlikdən sonra hər hansı xoşagəlməz hallar baş verməsin. Təəssüf ki, hər il belə hallar olur. Ümid edirəm ki, bu il birlikdə belə halların qarşısını ala biləcəyik".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti