Nazir məzunun köynəyinə ürək sözlərini yazdı - FOTOLAR

 Nazir məzunun köynəyinə ürək sözlərini yazdı -    FOTOLAR
  14 İyun 2022    Oxunub:2813
Bu gün təhsil naziri Emin Əmrullayev Bakı şəhəri 234 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirində iştirak edib.

AzVision.az xəbər verir ki, təhsil naziri məzunları təbrik edib, uğurlar diləyib, onların köynəklərinə ürək sözləri yazıb:
“Bu il 91 mindən çox şagird 11 illik məktəb həyatını bitirərək yeni dövrə qədəm qoyur. Əziz məzunlarımız, sizi ürəkdən təbrik edir, yeni həyatınızda uğurlar arzulayıram. Hər biriniz Vətənimiz üçün böyük dəyər təşkil edirsiniz. Yolunuz açıq olsun!”, deyə nazir Facebook səhifəsində paylaşım edib.









AzVision.az



Teqlər:



Xəbər lenti