"Türkiyə müttəfiqlərindən daha çox terrordan əziyyət çəkib" - Stoltenberq

   "Türkiyə müttəfiqlərindən daha çox terrordan əziyyət çəkib" -    Stoltenberq
  14 İyun 2022    Oxunub:1301
Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciət etmək qərarı tarixi addımdır və onların birliyə daxil olması bizim Şimali Atlantika müttəfiqliyimizi gücləndirəcək. AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Finlandiya Türkiyənin şərtini qəbul etməyib
O qeyd edib ki, "İndi biz Türkiyənin PKK terror təşkilatı ilə bağlı ciddi narahatlığı da daxil olmaqla, bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll etməli və irəli tək bir yol tapmalıyıq".

Onun sözlərinə görə, Türkiyə digər müttəfiqlərindən daha çox terrordan, konkret olaraq PKK-dan əziyyət çəkib.

- Beləliklə də, Türkiyənin əsaslı narahatlıqları var ki, bunu bütün müttəfiqlər ciddi qəbul etməlidir. Həmkarlarım və mən Türkiyə, Finlandiya və İsveç nümayəndələri ilə Ankaranın narahatlığını aradan qaldırmaq, eləcə də iki ölkənin üzvlük prosesini reallaşdırmaq üçün yaxın dialoqlarımızı davam etdiririk, - Stoltenberq deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Türkiyə   NATO   Terror  



Xəbər lenti