ABŞ-a gedənlərin NƏZƏRİNƏ

   ABŞ-a gedənlərin    NƏZƏRİNƏ
  14 İyun 2022    Oxunub:1188
ABŞ-a hava nəqliyyatı ilə səyahət edən sərnişinlərdən COVID-19 test nəticələri, yaxud COVID-19 xəstəliyindən sağalma barədə sertifikat tələb olunmayacaq.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, bu, iyunun 12-dən etibarən qüvvəyə minib.

Bununla belə, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin verdiyi qərara əsasən, ABŞ vətəndaşlığı və ya miqrasiya vizası olmayan şəxslər əvvəlki kimi peyvənd şəhadətnaməsini təqdim etməlidirlər.

AzVision.az


Teqlər:



Xəbər lenti