İzyum döyüşlərində tanınmış ukraynalı ictimai fəal ölüb

   İzyum döyüşlərində tanınmış ukraynalı ictimai fəal ölüb
  14 İyun 2022    Oxunub:1283
Tanınmış kiyevli ictimai fəal, “Protasov Yarı müdafiə et” QHT-sinin rəhbəri Roman Ratuşnı cəbhədə həlak olub. Onun İzyum yaxınlığında ruslarla döyüşdə iştirak etdiyi bildirilir.
Ratuşnının ölüm xəbərini onun rəhbərlik etdiyi qurumun mətbuat xidməti yayıb.
Qeyd olunur ki, Ratuşnı iyunun 9-da dünyasını dəyişib.

"O, ən yaxşılardan idi, istənilən döyüşdə həmişə birinci olan və heç vaxt qorxu nümayiş etdirməyən cəsur idi. Elə oldu ki, son əməliyyatında döyüş qrupunun tərkibində kəşfiyyat patrulunda getdi və döyüş tapşırığını yerinə yetirərkən həlak oldu”, - deyə məlumatda bildirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti