"Üçüncü Dünya müharibəsi alovlanıb" - Papa

   "Üçüncü Dünya müharibəsi alovlanıb" -    Papa
  14 İyun 2022    Oxunub:2670
“Bu gün Üçüncü Dünya müharibəsi alovlanıb”.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk yezutlər ordeninin Avropadakı nəşrinə müsahibəsində bildirib.

Papa Rusiya qoşunlarının qəddarlığı və kobudluğundan danışarıq ukraynanlıların mərdliyini yüksək qiymətləndrib. Ukraynaya hərbi müdaxiləni tənqid edən Papa Rusiyanın Çeçenistan və Suriyadan olan muzdlulardan istifadə etdiyinə görə hiddətlənib.

Vatikan lideri dünyanın artıq Üçüncü Dünya müharibəsi vəziyyətində olduğunu vurğulayıb: “Dünya müharibə vəziyyətindədir. Bir neçə il öncə düşünürdüm ki, biz Üçüncü Dünya müharibəsini qismən yaşayırıq. Odur ki, mənim üçün Üçüncü Dünya müharibəsi artıq od saçır”.

AzVision.az



Teqlər:



Xəbər lenti