Zelenski Putinlə mümkün danışıqları şərh etdi: “Mən hazıram”

   Zelenski Putinlə mümkün danışıqları şərh etdi:    “Mən hazıram”
  14 İyun 2022    Oxunub:1235
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu deyib. AzVision.az xəbər verir ki, o, bunu Danimarkada media nümayəndələri üçün onlayn mətbuat konfransı zamanı deyib.
"Ukraynanı eşitsəydilər, bu həyatları xilas etmək olardı" - Zelenski
Onun sözlərinə görə, bu gün rus ordusunun dayanıb-dayanmayacağına yalnız Rusiya prezidenti qərar verir.

- Rusiya müharibəni bitirmək istəyirsə, onlar danışıqlar masası arxasına əyləşməlidirlər. Ukrayna ilə bağlı danışıqlar masası Ukraynasız mümkün deyil. Ona görə də bu danışıqlar birbaşa aparılmalıdır. Biz vasitəçilərlə də, onlarsız da danışa bilərik. Əgər Rusiya Federasiyası müharibəni bitirməyə hazırdırsa, bu da ərazilərimizdən çəkilmək deməkdir, mən şəxsən hər an belə formata hazıram, - Zelenski deyib.

Prezident əlavə edib ki, nə qədər çətin olsa da, müharibəni bitirmək üçün bütün imkanlardan istifadə edilməlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zelenski   Rusiya   Ukrayna   Danışıqlar  



Xəbər lenti