Siyəzəndə ağır qəza olub- Ölən və yaralananlar var - FOTOLAR

         Siyəzəndə ağır qəza olub- Ölən və yaralananlar var -    FOTOLAR
  14 İyun 2022    Oxunub:2678
Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. AzVision.az Report-a istinadən xəbər verir ki, Bakı-Quba yolunun 78-ci km-də, Siyəzən ərazisində "Nissan Mikra" markalı avtomobil "Mercedes ML"lə toqquşub.
Hadisə nəticəsində Siyəzən sakinləri: - 1987-ci il təvəllüdlü Fərqanə Mövlidxan qızı Abbasova, onun bacısı, 1985-ci il təvəllüdlü Əfsanə Mövlidxan qızı Tağıyeva, 2001-ci il təvəllüdlü Azər Ələbbas oğlu Ağayev, 2014-cü il təvəlludlü Əsma Firudin qızı Abbasova və Quba sakini, 2004-cü il təvəllüdlü Əminə Rövşən qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəza zamanı ağır xəsarət alan 1988-ci il təvəllüdlü Xalidə Xalid qızı Xəlilzadə hadisə yerində keçinib.

Hadisə ilə bağlı araşdırma aparılır.


AzVision.az



Teqlər: Qəza  





Xəbər lenti