Azərbaycan avarçəkəni Dünya Kubokunda çıxış edəcək

Azərbaycan avarçəkəni Dünya Kubokunda çıxış edəcək
  15 İyun 2022    Oxunub:1435
İyunun 16-da Polşanın Poznan şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsi start götürəcək.
AzVision.az xəbər verir ki, iyunun 19-dək davam edəcək yarışda Azərbaycanı Bəhmən Nəsiri təmsil edəcək. İdmançı 1 nəfərlik qayıqla 2 000 metr məsafəyə yarışlarda qüvvəsini sınayacaq.

Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş I mərhələ (27-29 may) ilə müqayisədə Poznanda daha çox, 36 ölkədən 600-dən artıq idmançı mübarizə aparacaq. 2019-cu ildən bu yana ilk dəfə olaraq Avstraliya, Yeni Zelandiya, ABŞ və Kanadadan olan komandalar kifayət qədər geniş heyətlə Dünya Kubokuna qatılacaqlar. Polşada ən böyük heyətlə isə Almaniya komandası iştirak edəcək - 23 qayıq.

Reqlamentə əsasən, Dünya Kubokunun qalibləri III mərhələnin yekununa əsasən müəyyənləşəcək. Yarışların III mərhələsi 8 - 10 iyulda İsveçrənin Lutsern şəhərində baş tutacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti