“Biz artıq yeni dünya nizamındayıq” - Sabiq prezident

   “Biz artıq yeni dünya nizamındayıq” -    Sabiq prezident
  16 İyun 2022    Oxunub:959
"Biz Rusiya-Ukrayna müharibəsi fonunda yenidən böyük imperiya yaradılması cəhdini görürük. Biz Avrasiyada yeni səhifənin açılmasının şahidiyik".
AzVision.az xəbər verir ki, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa bildirib.

Vayra Vike-Freyberqa deyib ki, bu, artıq təhlükəsizlik məsələsidir: “Biz artıq yeni dünya nizamındayıq. Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün tək vasitəçilərlə iş yekunlaşmamalı, iki ölkənin vətəndaş cəmiyyətlərini də bir araya gəlməsinə nail olmalıyıq. Münaqişə ailələrə belə təsir göstərir”.

Vayra Vike-Freyberqa Azərbaycan Prezidenti İlham Əliyevə Forumun təşkilinə və demokratik açıq müzakirələr şəklində keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür edib.

AzVision.az


Teqlər:



Xəbər lenti