"Cənubi Qafqaz artıq mərkəzi meydançadır" - Zurabişvili

   "Cənubi Qafqaz artıq mərkəzi meydançadır" -    Zurabişvili
  16 İyun 2022    Oxunub:1651
“Biz bu gün çox çağırışlı bir dövrdə görüşürük. Bu gün dünya mürəkkəb çağırışlarla üzləşib”.
AzVision.az xəbər verir ki, bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

“Bu ilin fevralından dünya Ukraynada baş verən müharibəyə şahidlik edir. Ukraynaya böhtan atılmaqla müharibəyə başlanılıb. Bu sivil insanların həlak olmasına gətirib çıxarıb. 1991,1992, 2008-ci illərdə Rusiyanın Gürcüstana qarşı təcavüzlərini unutmalı deyilik. Ukraynaya həmrəyliyimizi nümayiş etdirməliyik.

Biz müharibə zamanı sivillərin hüquqlarının tapdanmasını yaddan çıxarmamalıyıq. Rusiya müharibəni dərinləşdirir. Bu da enerji və qida qıtlığı ilə nəticələnir. Biz nifrət nitqinə qarşı da çıxış etməliyik”, - o vurğulayıb.

Salome Zurabişvili bildirib ki, Cənubi Qafqazda hələ də sovetlərin keçmiş miraslarının nəticələrini görürük.

"Biz tam müstəqil olana qədər mübarizə aparmalıyıq. Bütün münaqişələrin həlli yollarını tapmalıyıq. Bizim ərazilərimizin 20 faizi işğal altındadır. Yenidən ərazi bütövlüyümüzün bərpasına çalışırıq. Gürcüstan ərazi bütövlüyünün bərpasına nail olmağa, işğal altında olan ərazilərimizdə yaşayanların da bizə qoşulmasına çalışırıq. Cənubi Qafqaz artıq mərkəzi meydançadır” , - o vurğulayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti