Bakı-Sumqayıt qatarı yolda qalıb - İşıqlar sönüb

   Bakı-Sumqayıt qatarı yolda qalıb -    İşıqlar sönüb
  16 İyun 2022    Oxunub:1354
Bakı-Sumqayıt elektrik qatarının metronun “Dərnəgül” stansiyasının yaxınlığında 40 dəqiqədən çoxdur hərəkətsiz dayandığı bildirilir.
AzVision.az xəbər verir ki, bu barədə jurnalist Natiq Cavadlı feysbuk hesabında yazıb. O qeyd edib ki, hərəkətin dayanmasına səbəb işığın sönməsidir. Nəticədə qatarda olan sərnişinlər bu müddət ərzində istidə qalıblar.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, hazırda bununla bağlı araşdırma gedir. Məsələ ilə əlaqədar texniki şöbəyə məlumat verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti