"Ukraynadakı müharibə ərzaq qıtlığına səbəb olacaq"

   "Ukraynadakı müharibə ərzaq qıtlığına səbəb olacaq"
  16 İyun 2022    Oxunub:802
“Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsinin təmin edilməsinə mühüm töhfə verir”.
AzVision.az xəbər verir ki, bunu Albaniya Prezidenti İlir Meta IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib. O bildirib ki, Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsinə ümidvardır və bu, Avropaya qaz nəqlinin artırılmasına kömək edəcək.

İ.Metanın sözlərinə görə, bugünkü forum müasir dövrün mühüm məsələlərini, o cümlədən Ukraynadakı müharibəni, pandemiyanın nəticələrini, enerji təhlükəsizliyi məsələlərini müzakirə etməyə imkan verəcək.

“Ukraynadakı müharibənin 2023-cü ildə ərzaq qıtlığına səbəb olacağını gözləyirik. Üstəlik, enerji təhlükəsizliyi də təhdid altındadır. Odur ki, bütün bu məsələləri burada müzakirə etməyi planlaşdırırıq”, - Albaniyanın dövlət başçısı vurğulayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti