"Zəngəzur dəhlizi artıq açılmalıdır" - Binəli Yıldırım

   "Zəngəzur dəhlizi artıq açılmalıdır"    - Binəli Yıldırım
  16 İyun 2022    Oxunub:852
BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Qarabağ münaqişəsi uzun müddət ərzində həllini tapmırdı.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin sabiq baş naziri Binəli Yıldırım “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 26 il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib, nəhayət, Azərbaycan torpaqlarını özü işğaldan azad edib:

"Beynəlxalq təşkilatlarda islahatların aparılması artıq bir zərurətə çevrilib. Biz 40 ildir ki, terrorla mübarizə aparan və böyük bədəllər ödəyən bir ölkəyik. Bu günlərdə Rusiya-Ukrayna müharibəsində avropalı dostlarımızın yaşadığı çətinlikləri 10 ildir ki, yaşayırıq. İnanırıq ki, artıq Avropa bizimlə bağlı terror təhdidini daha yaxşı anlayacaq”.

Binəli Yıldırım qeyd edib ki, Zəngəzur dəhlizi də artıq açılmalıdır: “Bu dəhliz Avrpopa və Asiya arasında əlaqənin daha effektiv bərpası, ticarət əlaqələrin inkişafı üçün çox böyük əhəmiyyətə malikdir”.

AzVision.az



Teqlər:



Xəbər lenti