"Ukraynada baş verənlər əsl faciədir" - Misirin sabiq naziri

   "Ukraynada baş verənlər əsl faciədir" -    Misirin sabiq naziri
  16 İyun 2022    Oxunub:1553
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında baş verən inkişafdan heyranlıq duyuram.
AzVision.az xəbər verir ki, bunu Misirin sabiq xarici işlər naziri Əhməd Əbül Geyt “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu, onun Bakıya ilk səfəri deyil və hər dəfə Bakıya gəldikdə şəhəri daha da gözəlləşmiş görür. Mövcud qlobal vəziyyətdən danışarkən sabiq nazir bildirib ki, indi Ukraynada baş verənlər əsl faciədir.

"Tarix bizi cari problemlərin düzgün həllinin axtarışlarına yönəltməlidir. Əminəm ki, yeni balans tapılacaq", - deyə o bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti