Azərbaycan və Albaniya prezidentləri görüşüb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunda iştirakına görə Albaniya Prezidenti İlir Metaya təşəkkürünü bildirdi. Dövlətimizin başçısı Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirdi və vurğuladı ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir.
İşğaldan azad edilmiş ərazilərimizdə dağıntıların miqyasının çox böyük olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, xarici jurnalistlər, siyasətçilər və digər rəsmi şəxslər həmin ərazilərə səfər edərək bunun şahidi olurlar. Azərbaycanın mina problemi ilə üzləşdiyini deyən dövlətimizin başçısı indiyədək 220-dən çox şəxsin mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını vurğuladı.
Söhbət zamanı iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Albaniya Respublikasının Prezidenti İlir Meta ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


