Niyə İbrahimbəyov Sərkisyandan çox Əliyevə nifrət edir?
Bu- faktların təhrifi yox, demokrat-pasifistin Azərbaycan üçün ən ağrılı bir məsələ ilə bağlı müsahibəsinin ciddi təhlilidir. Demək belə, nə buyurursunuz cənab İbrahimbəyov, sizi necə başa düşək?
Birinci tezis: “Erməni xalqı bizim düşmənimiz deyil”
Azərbaycanlıların kifayət qədər böyük əksəriyyəti sizinlə razı deyil, yoldaş İbrahimbəyov, çünki yüz minlərlə azərbaycanlı ata-baba torpaqlarına geri qayıda bilmir. Bilirsiniz, niyə? Ədalət məfhumu Ermənistana və erməni xalqına tamamilə yaddır və nə yuxarı, nə də aşağı Qarabağı geri qaytarmaq fikrində deyil. Heç bir perspektivi olmayan Ter-Petrosyan, uşaq Ayrikyan və tərki-dünya Vanyandan başqa bu vaxta qədər hələ nə bir erməni siyasətçisi, nə bir ictimai xadimi Azərbaycanla barış istəyində olduğunu və ya azərbaycanlıların tarixi torpaqlarına qayıtmasının tərfdarı olduğunu bildirməyib.
Onlar bunu istəmirlər. Əgər biz bu gün öz torpaqlarımızı onlara bağışlasaq və güzəştə getsək, Xoyski, Rəsulzadə və Nərimanovun zamanındakı kimi, 50 ildən sonra ermənilər bizdən Gəncəni, Naxçıvanı daha sonra da digər torpaqlarımızı tələb edəcəklər.
Tarix sizə heç nə öyrətməyib? Nərimanovun öz oğlu Nəcəfə məktubunu oxuyun, görün, onun barışsevərliyinə görə necə peşman olub, çünki sinfi mübarizə nəzəriyyəsinin təsirinə düşən ən sülhsevər və kommunist erməni belə bir müddətdən sonra öz milli “mən”ini yada salır. Və bu “mən” yeni torpaq iddiasına düşür, Birinci Tiqran Çarlığının bərpası kimi çılğın ideyalara qapılır.
Ermənistan-Azərbaycan qarşıdurması elə bir fazaya daxil olub ki, bu fazada güzəştə yer yoxdur, çünki bu məsələ artıq milli şərəf məsələsidir. Təxminən İsrail-Fələstin məsələsi kimi. Güzəşt və sülhü müzakirə etmək qarşısına qoyduğu məqsədinə çatmış qalibin işidir, hərbi təcavüz qurbanının yox. Siz heç ömrünüzdə ərəb sülhməramlısı görmüsünüz? Ona görə yox ki, qanlı müharibə aparan Həmas və ya Fəth həmin sülhməramlının qulağını kəsə bilər, ona görə ki, həmin ərəb bunu milli mənliyinə, qüruruna sığışdırmır. O bilir ki, Qüdsü güzəştə getmək ona Qəzza sektoru bahasına, Qəzza sektorunu güzəştə getmək isə bütün Fələstin hesabına başa gələ bilər.
İkinci tezis: Hər iki ölkədən insanlar köçüb
Bəli, İbrahimbəyov, insanlar əvvəl Ermənistandan, sonra isə Azərbaycandan köçürüldü. Bəs bütün olanlar necə başladı? Yəni siz heçmi xatırlamırsınız ki, erməniləri Azərbaycandan məhz azərbaycanlılar Ermənistandan zorla qovulandan sonra köçürdülər? Erməni xalqı – bəli, məhz erməni xalqı, Dəmirçiyanın tərəfdarları yox, məhz milyonlarla erməni,- meydanlara toplaşaraq azərbaycanlılarla birgə yaşamadıqlarını bəyan etdilər. Bəs onda siz ermənilərin Azərbaycanda azərbaycanlılarla birgə yaşamasına necə razı olursunuz?
Bakıya və bütövlükdə Azərbaycana ermənilərin əlindən qəzəblənmiş, zorakılığa məruz qalmış, ədalət və intiqam atəşi ilə yanan qaçqın axınını heçmi xatırlamırsınız? Düşmənə qarşı qəzəb və nifrət insan xarakterinə xas bir xüsusiyyətdir. Həm almanlar, həm britaniyalılar, həm də ki ruslar müharibə vaxtı eyni hisslərlə yaşayırdılar. Buna görə də, Azərbaycanla işğalçı və münaqişə təşəbbüskarı olan Ermənistanı yanaşı tutmaq utanmazlıq və öz xalqına tüpürmək kimi bir şeydir. Bu bəyanatdan sonra mən “böyük” dramaturqun sözlərinin doğru olduğuna inana bilmərəm
Üçüncü tezis: “Gənclər orduya çağırılır, öz borclarını yerinə yetirirlər. Mən onları bu borcdan boyun qaçırmağa çağırmıram”
Siz yalnız ərəb-israil konfliktinə bu qədər laqeyd münasibət göstərə bilərsiniz, ancaq bu münaqişə zəminində minlərlə günahsız müsəlmanın qətl edildiyini nəzərə alsaq, ona da soyuqqanlı yanaşmaq olduqca çətindir.
Ancaq mən sizin həmyerlilərinizin ölümünə bu qədər soyuq və laqeyd münasibətinizi anlaya bilmirəm. Necə yəni, mən vətən qarşısında borclarını yerinə yetirməməyə çağırmıram?! Erməni əsgəri atəş açır və sizin kimi yüzlərlə dinc azərbaycanlını qətlə yetirir. Yoxsa siz kosmopolitsiniz? Tutaq ki, eləsiniz, axı niyə siz Azərbaycanın daxili siyasətinə bu qədər ögey münasibət bəsləyirsiniz? Belə çıxır ki, siz İlham Əliyevə Sərkisyandan çox nifrət edirsiniz?
Dördüncü tezis: “Dağlıq Qarabağın yalnız ərazisi deyil, əhalisi də ermənidir”
Vardan Oskanyan bu ifadəni tez-tez təkrar etməyi sevirdi. Məgər siz bilmirsiniz ki, ermənilər Qarabağdakı “çoxluğu” necə əldə ediblər? Məgər siz bilmirsiniz ki, ermənilər 1918-ci ildə Şuşada 30 mindən çox ermənini necə qətlə yetirib? Boş vaxtınızda Xosrov bəy Sultanovu oxuyun, sizə çox şey öyrədər.
Bundan başqa, niyə siz Qarabağın tarixi Azərbaycan torpaqları olduğunu deməkdən çəkinirsiniz? Necə yəni, yalnız torpaq deyil? Sizə kiçik bir nümunə gətirim, Elzas – yalnız torpaq deyil, həm də əksəriyyəti almanlardan ibarət əhalidir. İndi siz təklif edirsiniz ki, Elzası Fransadan alaq və Almaniyanın tərkibinə qataq?!
Mən Rüstəm İbrahimbəyovun tezislərini hələ uzun müddət və geniş şəkildə təhlil edə bilərəm. Ancaq nəyə lazım, onsuz da hər şey aydındır. Mən sadəcə, İlham Əliyevə Sərkisyandan çox nifrət edən azərbaycanlını anlamıram. Halbuki, Sərkisyan despot və avtoritar liderdir. Niyə İbrahimbəyov bu qədər kinli və hikkəlidir ? Mən düşünürəm ki, öz xalqını satdığına görə.
Eynulla Fətullayev / haqqin.az
Tərcümə: AzVision.az
Teqlər: