"Elektrik enerjisi olmadığı üçün Bakı-Sumqayıt qatarı yolda qalıb" - ADY

   "Elektrik enerjisi olmadığı üçün Bakı-Sumqayıt qatarı yolda qalıb" -    ADY
  16 İyun 2022    Oxunub:851
Bu gün səhər saat 10:00 radələrində Keşlə stansiyasının girişində kontakt şəbəkədə elektrik enerjisinin olmaması səbəbindən Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkət edən elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat yayıb.

Bildirilib ki, kontakt şəbəkəsini qidalandıran fider xəttində yaranmış nasazlığın aradan qaldırılması üçün dərhal tədbirlərə başlanılıb.

Qeyd edək ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki 6 saylı Dartı Yarımstansiyasından çıxan yüksəkgərginlikli hava elektrik xətlərinin altında və mühafizə zonasında qanunsuz tikilən yaşayış və qeyri-yaşayış obyektlərinin yerləşməsi ağır texnikanın qəza baş verən əraziyə daxil olmasına çətinliklər yaradıb.

Saat 10:37-də qatarların hərəkətini bərpa etmək mümkün olub. Hazırda qatarlar cədvələ uyğun hərəkət edir. Hadisə aidiyyəti üzrə araşdırılır.

AzVision.az


Teqlər:



Xəbər lenti