Naxçıvanda çalışan tibb işçilərinin sayı açıqlandı

Naxçıvanda çalışan tibb işçilərinin sayı açıqlandı
  17 İyun 2022    Oxunub:1306
Hazırda Naxçılvan Muxtar Respublikasında 215 tibb müəssisəsi fəaliyyət göstərir ki, bu müəssisələrdə 718 həkim, 2 min 196 orta tibb işçisi çalışır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, muxtar respublikada tibb müəssisələrində fəaliyyət göstərən tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksək olmasının nəticəsi kimi, artıq Naxçıvanda TUR, açıq ürək, ürək damarlarına stend qoyulması, laparoskopik, göz və digər mürəkkəb cərrahi əməliyyatlar aparılır.

İcbari tibbi sığortanın tətbiqi ilə muxtar respublikada göstərilən tibbi xidmətin keyfiyyəti artırılıb, mərkəzi xəstəxanalarda müvafiq şöbələr yenidən təşkil edilərək tibb müəssisələrində “Səhiyyə İnformasiya İdarəetmə Sistemi” yaradılıb. Hazırda muxtar respublikada icbari tibbi sığortanın tətbiqi uğurla davam etdirilir.

Qeyd edək ki, 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür.

AzVision.az



Teqlər:



Xəbər lenti