ANAMA minaya düşən əməkdaşının vəziyyətini açıqladı - YENİLƏNİB
Nəticədə, Vəliyev Ruhin Sultan oğlu rayon xəstəxanasına yerləşdirilmiş, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunmuşdur. Hal-hazırda vəziyyəti stabildir.
Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
***
ANAMA əməkdaşı Cəbrayılda minaya düşüb
Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, 2022-ci il 17 iyun tarixində Agentliyin əməkdaşı işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
"Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


