"Pandemiya tibbi peşəkarlara ehtiyac duyulduğunu göstərdi" - Nazir

   "Pandemiya tibbi peşəkarlara ehtiyac duyulduğunu göstərdi" -    Nazir
  17 İyun 2022    Oxunub:710
“Prezident İlham Əliyevin rəhbərliyi altında pandemiya ilə mübarizə təşkil edilmişdi. Nazirlər kabineti yanında Operativ Qərargah yaradılmışdı”.
AzVision.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” adlı paneldə deyib.

Onun sözlərinə görə, Azərbaycanın pandemiya ilə mübarizə təcrübəsi beynəlxalq qurumlar tərəfindən maraqla qarşılanıb: “Pandemiya dövründə gördük ki, yeni tibbi peşəkarlara ehtiyac duyulur. Rəqəmsallaşma ən yüksək səviyyədə təşkil edilməlidir”.

Nazir bildirib ki, pandemiya zamanı mediada saxta məlumatlar yayılmışdı: “Biz həmin məlumatlarla da mübarizə aparmalıyıq. Pandemiya dövründə biz çoxsaylı belə məlumatların şahidi olduq. Sonra bu, anti-vaksin təbliğatına çevrildi”.

AzVision.az



Teqlər:



Xəbər lenti