Görüş zamanı hərbi təhsil sisteminin və əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, bu sahədə qazanılan təcrübə üzrə brifinqlər təqdim olunub.
Sonra qonaqlar proqrama uyğun olaraq Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Tibb Universitetinin Hərbi Tibb Fakültəsində olublar. Burada onlara tədris prosesi barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


