Putinin çıxışı haker hücumlarına görə təxirə salındı

   Putinin çıxışı haker hücumlarına görə təxirə salındı
  17 İyun 2022    Oxunub:1094
Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı bir saatlıq təxirə salınıb. AzVision.az xəbər verir ki, buna səbəb haker hücumları olub.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib ki, Putinin çıxışı 15.00-da (Moskva vaxtı ilə-red) başlayacaq.

Qeyd edilir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun sistemlərinə, o cümlədən akkreditasiyaya kütləvi "DDoS" hücumları dünən başlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin   Haker  



Xəbər lenti