İnflyasiyanın ilin sonuna aşağı olması gözlənilir

İnflyasiyanın ilin sonuna aşağı olması gözlənilir
  17 İyun 2022    Oxunub:1316
Azərbaycan Mərkəzi Bankı proqnozlara görə inflyasiyanın xarici mühitinin nisbətən əlverişli olacağı şəraitdə onun ilin sonuna faktiki templərdən aşağı olacağını proqnozlaşdırır.
Mərkəzi Bankdan AzVision.az -a verilən məlumata görə, ortamüddətli dövrdə isə inflyasiyanın hədəf diapazonuna qayıdacağı gözlənilir.

"Mərkəzi Bank qlobal və ölkə iqtisadiyyatında, maliyyə bazarlarında baş verən proseslərin davamlı monitorinqini, həmçinin inflyasiyanın struktur və amillər üzrə təhlillərini aparır. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnoza uyğunluğu, xarici və daxili inflyasiya risklərinin reallaşması dərəcəsi nəzərə alınmaqla qəbul ediləcəkdir", - məlumatda deyilir.

AzVision.az



Teqlər:



Xəbər lenti