"Enerji sahəsində əlaqələrimizi dərinləşdirə bilərik" - İlir Meta

   "Enerji sahəsində əlaqələrimizi dərinləşdirə bilərik" -    İlir Meta
  17 İyun 2022    Oxunub:983
Bakı Qlobal Forumu ideyalarla, yanaşmalarla zəngindir.
AzVision.az xəbər verir ki, bu barədə Albaniya Prezidenti İlir Meta jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bəzən bu diskussiyalar qızğın ola bilər: “Amma biz müzakirə üçün burdayıq. Debatlar, diskussiyalar aparmaq, yanaşmaları bölüşmək, təhdid və çağırışlara ən yaxşı həll yollarını tapmaq üçün belə platformalar önəmlidir. Xüsusilə hazırda üzləşdiyimiz təhlükəsizlik təhdidləri qeyd olunmalıdır. Hazırkı vəziyyəti, Rusiyanın Ukraynaya qarşı ədalətsiz müharibəsini nəzərə alsaq... Bu müharibə bəşəriyyət adına utancdır”.

Albaniya Prezidenti deyib ki, COVID-19 pandemiyasının qlobal səviyyədə ciddi təsirləri olub, iqtisadiyyata, insanların həyatına təsir edib.

İlir Meta vurğulayıb ki, Qərbi Balkanların Cənubi Qafqazla oxşarlıqları var.

“Mən enerji təhlükəsizliyi sahəsində təhdidləri qeyd etmək istərdim. Biz Azərbaycanla əlaqələrimizi daha necə dərinləşdirə bilərik - xüsusilə də enerji təchizatı sahəsində - bunu müzakirə edirik. Bu, yalnız bizim üçün yox, Avropanın enerji təhlükəsizliyi üçün vacibdir. Bildiyiniz kimi, biz Azərbaycanla TAP IGB üzərində işləyirik. Əminəm ki, Aİ də bu ortaq layihəni daha çox dəstəkləyəcək”, - İlir Meta əlavə edib.

AzVision.az



Teqlər:



Xəbər lenti