Azərbaycanda ev alan əcnəbilərin sayı açıqlandı

   Azərbaycanda ev alan əcnəbilərin sayı açıqlandı
  18 İyun 2022    Oxunub:1930
2021-ci il ərzində Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən əldə edilmiş daşınmaz əmlakın ümumi sayı açıqlanıb.
Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il Azərbaycanda 1960 əcnəbi vətəndaş ev alıb.

Bildirilib ki, əmlakın 678-i ilkin qeydiyyat üzrə, 122-si alqı-satqı yolu ilə, 546-sı vərəsəlik, 177-si bağışlama, 2-si dəyişmə, 241-i əvvəlcədən tanınmış hüquqların qeydə alınması yolu ilə, 194-ü isə digər üsullarla həyata keçirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti