Azərbaycanda mənzil alanlar arasında ruslar liderdir- STATİSTİKA

   Azərbaycanda mənzil alanlar arasında ruslar liderdir-    STATİSTİKA
  18 İyun 2022    Oxunub:1233
Azərbaycandan ev alan əcnəbi vətəndaşların ölkələrinin adı açıqlanıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci ildə Azərbaycandan ev alan əcnəbilər içərisində Rusiya vətəndaşları liderlik edir.

Belə ki, 1451 rusiyalı ötən il ölkəmizdə mənzil sahibi olub. İkinci sırada isə Gürcüstan gəlir. Bu ölkə vətəndaşları 2021-ci ildə Azərbaycanda 160 mənzil alıblar. Üçüncü yerdə isə 65 mənzil alan Türkiyə vətəndaşları gəlir.

Ölkəmizdən ev alan əcnəbilər arasında Qazaxıstan (53), İran (28), ABŞ (22), Almaniya (21), Özbəkistan (12), Belarus (12), İsrail (8), Kanada (6), BƏƏ (5), Albaniya, İtaliya, Qırğızıstan, Səudiyyə Ərəbistanı, Danimarka, Küveyt, Niderland və digər ölkələrin də vətəndaşları var.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti